AZ

İsmayıllıda avtomobil aşıb

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürd Eldarbəyli kəndi ərazisində qeydə alınıb.

Operativ Media xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
24
2
operativmedia.az

10Mənbələr