RU

“Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdır”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Qəbələdə keçiriləcək III MDB Oyunlarına hazırlıq prosesi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, komanda bu ayın əvvəlində təlim-məşq toplanışı keçib və Gürcüstan yığmasına qarşı yoxlama oyunu oynayıb. Onun sözlərinə görə, artıq iki gündür kollektiv tam heyətlə bir aradadır.

Qrup mərhələsindəki rəqiblər barədə də danışan baş məşqçi qeyd edib: “Tacikistan və Qırğızıstan keyfiyyətli komandadırlar. Aqressivdirlər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar. Buna baxmayaraq, məqsədimiz yaxşı hazırlaşmaq və hər iki matçda qələbə qazanmaq olacaq. Turnir vətənimizdə keçiriləcək. Qələbələr və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar”.

Aqil Nəbiyev zədə səbəbindən bəzi futbolçuların heyətə dəvət olunmadığını, onların yerinə yeni oyunçuların kollektivə qoşulduğunu bildirib: “Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdır. Arzumuza çatacağımıza inanıram”.

Qeyd edək ki, A qrupunda yer alan U-16 millisi sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə üz-üzə gələcək. Qrup lideri oktyabrın 4-də finalda mübarizə aparacaq.

Избранный
22
1
90deqiqe.az

10Источники