AZ

"Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik" - Aqil Nəbiyev

16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Aqil Nəbiyev Qəbələdə keçiriləcək 3-cü MDB Oyunlarına hazırlıqla bağlı fikirlərini bildirib.

"Football-plus.az" xəbər veriri ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında hədəflərinin turniri qalib kimi başa vurmaq olduğunu deyib:
“Artıq iki gündü komanda ilə bir yerdəyik. Bu ayın əvvəllərində təlim-məşq toplanışında olduq, Gürcüstan yığmasına qarşı yoxlama görüşü keçirdik. MDB Oyunlarında qrupumuzda yer alan Tacikistan və Qırğızıstan keyfiyyətli komandalardı. Aqressivdilər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar. Buna baxmayaraq, məqsədimiz yaxşı hazırlaşmaq və hər iki matçda qələbə qazanmaq olacaq. Turnir doğma vətənimizdə keçiriləcək. Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar. Zədə ilə əlaqədar bir neçə futbolçunu dəvət edə bilməmişik. Onların əvəzinə yeni oyunçular kollektivə cəlb olunublar. Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdı. Arzumuza çatacağımıza inanıram”.
Xatırladaq ki, A qrupunda yer alan U-16 millimiz sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq. Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.
Seçilən
9
8
football-plus.az

10Mənbələr