RU

Rusiya: ABŞ-la imzalanan New START müqaviləsinə daha bir il əməl edəcəyik

Rusiya: ABŞ-la imzalanan New START müqaviləsinə daha bir il əməl edəcəyik

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-la imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (New START) 2026-cı ildə başa çatmasının ardından Rusiya daha bir il müddətinə müqaviləyə əməl etməyə hazırdır.

Peskov Moskvada jurnalistlərin gündəmdəki mövzulara dair suallarını cavablandırıb.

Onun sözlərinə görə, Rusiyanın ABŞ-la əldə edilən New START müqaviləsinin 2026-cı ildən sonra da davam etdirilməsinə hazır olduğunu vurğulayıb: “Biz bunu edəcəyik. Amma bunun üçün ABŞ-ın da eyni mövqeni nümayiş etdirməsi lazımdır”.

Müqavilənin uzadılması imkanlarını dəyərləndirən Peskov əlavə edib: “Müqavilənin müddəti başa çatmadan yeni bir sənəd üzərində razılığa gəlmək praktik olaraq mümkün deyil. Bu çox çətin məsələdir və geniş yanaşma tələb edir. Bu şəraitdə Rusiya müqavilədəki məhdudiyyətlərə daha bir il əməl etməyə hazırdır. Lakin bunun üçün ABŞ-ın lazımi mövqe nümayiş etdirməsi və uyğun qərar qəbul etməsi gərəkdir. Əgər qarşı tərəf məhdudiyyətlərə əməl etməsə, təbii ki, biz də tədbir görməyə məcbur olacağıq”.

Peskov həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla təmaslarında New START müqaviləsini müzakirə edib, lakin detallı şəkildə məsləhətləşmələr aparılmayıb.

Polşanın “Rus təyyarələri NATO məkanını pozarsa, vurulmalıdır” açıqlamasını da şərh edən Peskov Rusiya təyyarələrinin beynəlxalq qaydalar çərçivəsində uçuş etdiyini müdafiə edib.

Kreml sözçüsü həmçinin Rusiyanın İranın nüvə elektrik stansiyaları üçün yeni enerji bloklarının inşası ilə bağlı Tehranla razılaşma üzərində işləyib-işləmədiyi barədə suala cavab verməyib.

Избранный
18
afn.az

1Источники