RU

Professor valideynlərə çağırış etdi: Məsuliyyət sizin üzərinizə düşür

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda qızdırması olan 3 yaşlı uşaq valideynləri tərəfindən aptekdən alınan çiyələk dadlı Nurofen siropu qəbul etdikdən sonra şoka düşüb. Dərmanı içdikdən sonra uşağın bədənində kəskin qaşınma və səpmə yaranıb.

Uşaq əvvəlcə 1 saylı uşaq poliklinikasına aparılıb, vəziyyəti ağırlaşdığı üçün isə Ə. Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülərək nəzarət altına alınıb.

Professor Adil Qeybulla məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, dərmanların həkim təyinatı olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər:

"Ev şəraitində dərmanların, xüsusilə də infuziya formasında istifadəsi qadağan edilməlidir. Hər bir dərman yalnız həkim göstərişi ilə qəbul olunmalıdır. Əks halda məsuliyyət valideynlərin öz üzərinə düşür".

Professor əlavə edib ki, təkcə ABŞ-da hər il 500-dən çox uşaq parasetamol istifadəsi səbəbindən həyatını itirir:

"Məsələn, Tramp və ABŞ Qida və Dərman Agentliyinin rəhbəri qeyd ediblər ki, Tylenol adlı, tərkibində asetaminofen olan preparat hamiləlik dövründə istifadə edildikdə uşaqda autizm riski yaradır. Bundan başqa, asetaminofen və parasetamol qaraciyər çatışmazlığına da səbəb ola bilər".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
qaynarinfo.az

1Источники