RU

Quterreş BMT-də Azərbaycan-Ermənistan sülhündən DANIŞDI

Bu il Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma ilə əlamətdardır.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT Baş Katibi Antonio Quterreş Baş Assambleyanın 80-ci sessiyasının açılışında bildirib.

"Biz beynəlxalq hüquqa əsaslanan sülhü seçməliyik. Bu il Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandı", - deyə Quterreş bildirib. 

O, Kamboca-Tailand münaqişəsinə də toxunaraq bildirib ki, həddən artıq böhranlar nəzarətsiz qalır. Cəzasızlıq hökm sürür, qanunsuzluq tüğyan edir.

O əlavə edib ki, qeyd etdiyi vəziyyət xaosa gətirib çıxararsa, bu, terrorizmi gücləndirəcək və bütün xalqların nüvəsizləşdirilməsi təhlükəsi yaradacaq.

"Məsuliyyət azalır və qəbiristanlıqlar böyüyür", - deyə Quterreş vurğulayıb.

Избранный
43
2
bakivaxti.az

10Источники