RU

“Sadaferah Corp”dan qanunsuzluq: Vətəndaşı xəbəri olmadan işə götürdü

“Sadaferah Corp” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) şikayət edən fəhlənin hüquqları bərpa edilib.
Qaynarinfo-nun məlumatına görə, L.F. 2023-cü ilin sentyabr ayından 2025-ci ilin ötən dövrü ərzində sözügedən şirkətdə fəhlə kimi qeydiyyatda lub. Lakin o, məhkəmədə iddia qaldıraraq, bu MMC-də heç vaxt işləmədiyini bildirib.
L.F. bu ilin aprel ayında DOST portalı vasitəsilə işlə təmin olunmaq üçün onlayn qaydada müraciət edib. Lakin DOST Agentliyindən cavab olaraq ona bildirilib ki, adı rəsmi şəkildə “Sadaferah Corp” şirkətində işçi kimi qeydiyyatdadır və buna görə həmin xidmətdən yararlana bilməz.
Məlum olub ki, MMC onun xəbəri və razılığı olmadan işçi kimi qeydiyyatdan keçirib. Bu isə onun hüquqlarının məhdudlaşmasına səbəb olub.
Məhkəmə L.F.-nın iddiasını təmin edib, onun “Sadaferah Corp” MMC-də fəhlə kimi “işinə” xitam verilib. İş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Qeyd edək ki, “Sadaferah Corp” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 115010.75 AZN vergi borcu var. Bu borca görə, şirkətin direktoru Muradov Nizami Xaqani oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb və rəhbərlik etdiyi şirkət riskli vergi ödəyicilər siyahısına daxil edilib.
Избранный
8
1
tribunainfo.az

2Источники