RU

“ABAD” 9-cu ilini qeyd edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının 9-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

SİA xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını bu münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun doqquz illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, ötən il “ABAD”ın fəaliyyəti daha da genişlənib, işğaldan azad edilmiş ərazilərdə təqdimatlar keçirilib, bu bölgələrdən toplanan bal məhsulları brendləşdirilərək satışa çıxarılıb, Amerika Birləşmiş Ştatları bazarına məhsul ixrac olunub. “Wolt Market” platformasında onlayn satış aktivləşdirilib, həmçinin beş yeni satış məntəqəsində “ABAD” məhsulları təqdim edilib. Bundan əlavə, müxtəlif yeni məhsul çeşidləri istehsal olunaraq bazara çıxarılıb.

Pilot layihə kimi Masallıda 7 ailə ilə fəaliyyətə başlayan “ABAD” 9 illik fəaliyyəti ərzində 677 ailəyə dəstək olaraq öz şəxsi bizneslərini inkişaf etdirməsi üçün xidmət göstərib. Həmin sahibkarlardan 508 nəfər dekorativ-tətbiqi xalq sənətimizi canlandıran və qoruyan istedadlı sənətkarlardır. 144 “ABAD”çı isə keyfiyyətli və təbii qida məhsulları istehsal edir. Bundan əlavə, 25 sahibkar müxtəlif sahələrdə öz bizneslərini uğurla inkişaf etdirir.

Tədbir çərçivəsində xidməti fəaliyyətində fərqlənən əməkdaşlar təşəkkürnamələrlə təltif olunublar.

“ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb və ötən doqquz il ərzində ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması və regionlarda sahibkarların biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görüb.

Избранный
29
6
sia.az

7Источники