RU

NATO-dan Rusiyaya ÇAĞIRIŞ

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən bəyanat qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Bu gün Şimali Atlantika Şurasının Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda bildirilir ki, Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir.

Qeyd olunub ki, bu hərəkətlərə görə Rusiya tam məsuliyyət daşıyır.

"Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır. Bu hərəkətlərə dərhal son qoyulmalıdır", - məlumatda bildirilir.

Bəyanatda həmçinin vurğulanıb ki, NATO və müttəfiqlər beynəlxalq hüquqa uyğun olaraq, özünü müdafiə etmək və hər cür təhlükənin qarşısını almaq üçün zəruri olan hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək.

"Biz cavablarımızın vaxtını, formasını və məkanını özümüz seçərək həyata keçirəcəyik. 5-ci maddəyə olan öhdəliyimiz sarsılmazdır", - deyə bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin bildirilir ki, Alyans üzvləri Rusiyanın bu qəbildən olan bütün cəhdlərinə baxmayaraq, Ukraynaya verdikləri dəstəyi davam etdirəcəklər.

"Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verir və bu ölkənin Rusiyanın qəddar və təcavüzkar müharibəsinə qarşı özünü müdafiə etmək hüququ var", - deyə NATO-nun bəyanatında vurğulanıb.

Избранный
72
5
moderator.az

10Источники