RU

Bu da sizə “ədalət”: Marneulidə azyaşlıya zorakılıqda ittiham olunan Qiqaninin oğlu azadlığa buraxılır

Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani, azyaşlıya qarşı zorakılıqda ittiham olunmasına baxmayaraq, cəmi 15 min lari (9450 manata ekvivalent) girov qarşılığında azadlığa buraxılacaq.

Musavat.com xəbər verir ki, bu qərar Gürcüstan məhkəməsinin son hökmü ilə elan edilib və bölgədə yaşayan azərbaycanlılar arasında ciddi narazılıq doğurub.

Xatırladaq ki, bir neçə gün öncə Marneulidə 27 yaşlı Mamuka Qiqaninin azərbaycanlı yeniyetməyə zorakılıq göstərdiyi barədə məlumat yayılmışdı. Hadisə gürcü dilini bilmədiyi üçün azyaşlının təhqir olunması ilə müşayiət edilmiş, bu isə yerli ictimaiyyətin kəskin qəzəbinə səbəb olmuşdu.

İctimai fəal Samirə Bayramova hadisə ilə bağlı ilk açıqlamalarında bildirmişdi ki, Marneuli sakini olan azərbaycanlı azyaşlı mağazadan çıxarılaraq, həm də fiziki təzyiqə məruz qalıb. Bayramova qeyd etmişdi ki, bu, sadəcə məişət hadisəsi deyil, milli ayrı-seçkilik elementləri daşıyan təhqiramiz davranışdır və məsələ ciddi hüquqi qiymət almalıdır.

Bayramova son açıqlamasında məhkəmənin qərarına sərt reaksiya verib:

"Bu da sizə 'ədalət'. Azyaşlıya qarşı zorakılıq edən, onu təhqir edən şəxsi 15 min lari girov qarşılığında azadlığa buraxırlar. Bu, cəzasızlıq mühiti yaradır və belə davranışların qarşısını almaq əvəzinə, onları stimullaşdırır. Biz tələb edirik ki, günahkar layiqli cəzasını alsın, azərbaycanlı uşaqların, ümumən azlıq icmalarının hüquqları təmin olunsun".

Məsələ Gürcüstan cəmiyyətində, xüsusilə də azərbaycanlı icması arasında hələ də müzakirə olunmaqdadır. Yerli fəallar ədalətin bərpası üçün məsələni beynəlxalq qurumlara da çıxarmaq niyyətində olduqlarını bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
1
olaylar.az

2Источники