RU

Sədərək Ticarət Mərkəzindən rəsmi açıqlama: “Rövşən Hüseynovun mərkəzlə heç bir əlaqəsi yoxdur”

O bildirib ki, yayılan xəbərlərdə Hüseynov Rövşən Məmməd oğlunun guya Sədərək Ticarət Mərkəzində mühafizəçi kimi çalışdığı barədə iddialar həqiqəti əks etdirmir. Ajans.az xəbər verir ki, Kəmaləddin Qədim qeyd edib ki, Rövşən Hüseynovun Sədərək Ticarət Mərkəzində nə hazırda, nə də əvvəlki dövrlərdə hər hansı bir iş əlaqəsi olmayıb: “Yayılan məlumatlarda Rövşən Hüseynovun guya ticarət mərkəzində mühafizəçi kimi fəaliyyət göstərdiyi iddia olunur. Rəsmi olaraq bəyan edirik ki, bu şəxs nə ticarət mərkəzinin, nə də onun rəhbərliyinin işçisi və ya nümayəndəsi olub. Adının bu şəkildə hallandırılması tamamilə əsassızdır.” Mətbuat katibi əlavə edib ki, bəzi sosial şəbəkə səhifələri tərəfindən Bakunews.az xəbər saytının yaydığı məlumat təhrif olunaraq Sədərək Ticarət Mərkəzinin adının kontekstdən kənar şəkildə hallandırılması doğru yanaşma deyil. Düşünürük ki, Bakunews.az-ın yayadığı xəbər obyektiv yanaşmadır lakin bəzi media resursları məsələni Ticarət mərkəzinə bağlayaraq tiraj əldə etməyə çalışır. Sədərək rayonundan olan Rövşən Hüseynovun Ticarət mərkəzində heç bir fəaliyyəti olmayıb. Həmçinin, Ənvər Qədimbəylinin övladları ilə bağlı məsələyə də münasibət bildirən Kəmaləddin Qədim, bu şəxslərlə mərkəzin hər hansı bir əlaqəsinin olmadığını vurğulayıb: “Rövşən Hüseynovun Ənvər Qədimbəylinin övladları ilə nə əlaqəsinin olduğunu bilmirik və bu məsələdə ticarət mərkəzinə aid məsələ deyildir.” Qeyd edək ki, bizim portalda Rövşən Hüseynov İlham Qədimbəylinin şəxsi mühafizəçisi işlədiyi qeyd edilib. Bundan kənar deyilən yayılan məlumatlara bizə aid deyildir.

Redaksiya qeyd edir ki, tərəflərin mövqeyinə yer vermək və ictimaiyyəti obyektiv məlumatlandırmaq prinsipi ilə məsələni izləməyə davam edəcəyik.

Избранный
16
Ajans.az

1Источники