RU

ANAMA yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibdə ilk iclası olub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclas zamanı İctimai şuranın üzvləri arasında səsvermə yolu ilə şuraya sədr, müavin və katib seçilməsi təklif olunub.

Aparılan səsverməyə əsasən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev şuranın sədri, Azərbaycan Respublikası vətəndaşları təşəbbüs qrupundan Emil Həsənov sədr müavini, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva isə katibi seçiliblər.

Sonra agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai şuranın üzvlərini qəbul edib, onları şuraya üzv seçilmələri münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Şura üzvlərinin mina təhlükəsi ilə mübarizə sahəsində icra edilən fəaliyyətə müsbət töhfə verəcəyinə ümidvar olduğunu diqqqətə çatdırıb.

Görüşdə gələcək fəaliyyət istiqamətləri, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi, ölkəmizdəki mina probleminin beynəlxalq təşkilatların diqqətinə çatdırılması, eləcə də minadan zərərçəkənlərə dəstək istiqamətində müzakirələr aparılıb.

Yekunda İctimai şuranın üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
4
azertag.az

5Источники