"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəyə çıxacağam. Qocalmışam ayağımdan çəkirlər, cavan olsam nə edərlər. Var-dövlətim də yoxdur, nə istəyirlər bilmirəm".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Bizimləsən" proqramında deyib.
Aktrisa xəstəliyindən danışıb. O bildirib ki, diqqətsiz qalıb:
"Xəstələnməyimin səbəbi oldu. Diqqətsiz qaldım və xəstələndim. Yaxşı ki, çatlayıb ölmədim. Heç kim mənimlə maraqlanmadı, qayğıma qalmadı. 57 ildir səhnədəyəm".