RU

Trampla Zelenski yenidən görüşəcək: Rusiya isə geri addım atmaq niyyətində deyil

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirəcək. Görüş ikitərəfli münasibətlərin müzakirəsi və regiondakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi üçün nəzərdə tutulub.Politoloq Aytən Qurbanova AZXEBER.COM-a bildirib ki, indiki məqamda Volodimir Zelenski və Donald Trump arasında keçiriləcək görüş həm önəmlidir, həm də mümkün olan bütün nəticələri özündə ehtiva edir:

"Qeyd etmək lazımdır ki, Ukraynanın məsələsinin onun iştirakı olmadan aparılan müzakirələr nəticəsində həll edilməsi ədalətli və real yanaşma deyil. Buna görə də gözləntilər var ki, əvvəlki Putin-Trump görüşü nəticəsində əldə olunmuş razılıqlar Zelenskinin iştirakı ilə Trumpla yenidən müzakirə edilsin və bu istiqamətdə ortaq şərtlər müəyyənləşdirilsin”.

Politoq vurğulayıb ki, real mənzərə isə belə imkanları məhdudlaşdırır:"Putinin bəyanatları və NATO sərhədlərinə doğru göstərilən mövqe, Polşanın, Estoniyanın və Rumıniyanın sərhədlərinə yönəlmiş cəhdlər, eləcə də verilən aqressiv ritorikalar göstərir ki, Rusiya geri addım atmaq niyyətində deyil və işğal etdiyi əraziləri nəzarətdə saxlamağa davam edir. Hətta işğal olunmuş ərazilərin legitimləşdirilməsi istiqamətində qeyri-konstruktiv mövqeyini qoruyur. Bu isə Ukrayna tərəfindən qəbul oluna bilən yanaşma deyil”.Ekspert deyib ki, ikitərəfli görüş çərçivəsində indiki mərhələdə real bir nəticə gözləmək çətindir:"Lakin Ukraynanın danışıqlar prosesində iştirak etməsi artıq müsbət hal kimi qiymətləndirilə bilər. Gələcəyə baxdıqda, Ukraynanın perspektivi ilə bağlı nikbin olmaq real görünmür. Amma yaxın müddətdə ən azı qısa müddətli atəşkəs əldə olunması ilə bağlı müəyyən razılıqların olması mümkündür.Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
azxeber.com

1Источники