RU

61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO

61 yaşlı rusiyalı müğənni Maşa Rasputina 25 illik münasibətdən sonra prodüser Viktor Zaxarov ilə ailə həyatı qurub.
 
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki o, bu barədə öz "instaqram" səhifəsində toy fotosunu yerləşdirərək məlumat verib.

Qeyd edək ki, Maşa Rasputina və Viktor Zaxarova 1990-cı illərin ortalarında görüşməyə başlayıblar. 1999-cu ildə kilsədə evlənən cütlük rəsmi nikaha daxil ola bilməyib. Onların bu bərabərlikdən bir qızı var.
 
Onların evlənə bilməməsinə səbəb isə Viktorun Yelena Zaxarova ilə evli olması idi.
 
Zaxarovlar mülk bölgüsü səbəbindən uzun müddət boşana bilməmişdilər. Cütlük 2023-cü ildə mülk bölgüsü edərək boşanmağa nail olublar.
 
Избранный
16
1
7news.az

2Источники