RU

İlber Ortaylı: Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Mən Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim. Bu yerlər Orta əslərin izlərini daşıyır. Tikilən bağçalı evlər möhtəşəmdir. Ordubada getdim, ora daha çox ənənəvi, gözəl bölgədir, çox nizam-intizam var. Ən çox da mənə xoş gələn uzaq kənddə musiqi məktəblərinin olmasıdır. Naxçıvan Dövlət Universiteti də hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Universitetdə iki akademik səviyyədə musiqi məktəbi var. Musiqi diyarı olduğu bəllidir. Hər halda burada vaxt yaxşı və maraqlı keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türk Tarix Qurumunun fəxri üzvü, tanınmış tarixçi alim, yazıçı İlber Ortaylı Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbində mətbuata müsahibəsində deyib.

Professor Naxçıvan haqqında təəssüratlarını bölüşüb, jurnalistlərin ortaq türk tarixi, Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı suallarına aydınlıq gətirib.

O Azərbaycan ədəbiyyatından danışarkən deyib: “Biz məmləkətimizdə heç “Hophopnamə”ni oxumadıq. Məsələn, XIX əsrdə hansı ədiblər, tanınmışlar var, demək olar ki, çoxunu bilmirik. Mirzə Fətəli Axundzadənin bir əsərini səhnədə görmədik. Burada böyük ədəbiyyat var, onun hamısını incələyib öyrənmək lazımdır. Mirzə Fətəli Axundzadəni, Nəcəf bəy Vəzirovu heç kim tanımır, haqqında bilmir, ancaq bilməlidirlər".

Избранный
8
2
azertag.az

3Источники