RU

Qubada qadın bıçaqlandı Qardaşı saxlanıldı Yenilənib

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Qubada bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, insident rayonun Xucbala kəndində baş verib.

Əslən Laçın rayonundan olan Ş.Kərimova kəsilmiş-deşilmiş xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onu qardaşı M.Məhərrəmovun bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Həmin şəxs hadisədən sonra qaçaraq uzaqlaşıb.

Məlumata görə, hadisəyə kənd sakini E.Salıyevin Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırması səbəb olub. Bildirilir ki, qadının qohumları onun yerini öyrənərək kəndə gəlib və yaranan mübahisə zamanı Ş.Kərimovanın qardaşı bacısına bıçaqla ağır xəsarətlər yetirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Polisin keçirdiyi tədbirlərlə M.Məhərrəmov saxlanılıb. Hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
qafqazinfo.az

2Источники