RU

Kəmalə Rəcəbovanın mətbəxindən – Duzlu Balıq Dolması Ərzaqlar

Kəmalə

Ərzaqlar (miqdarı balığın ölçüsünə görə dəyişir): - 3 ədəd pomidor - 200 qram alça - Gavalı və ya vişnə (zövqə görə) - Bibər (istənilən rəngdə – yaşıl, qırmızı və s.) - 1 xörək qaşığı quru nanə - Təzə nanə və keşniş (doğranmış) - 1 ədəd orta ölçülü qırmızı soğan (kub formasında doğranmış) Hazırlanması: 1. Bütün tərəvəz və meyvələr doğranaraq qarışdırılır. 2. Duzlu balıq yuyulur, içi təmizlənir və hazırlanmış qarışıqla doldurulur. 3. Təmiz bir cünanı (nazik parça) açın, üzərinə mövsümi meyvə yarpaqlarından (üzüm, əncir, heyva və s.) düzün. 4. Balıq meyvələrin üzərinə yerləşdirilir, cünanın ağzı möhkəm şəkildə bağlanır (düyünlənir). 5. Hündür və dərin boşqabda, cünanın içində, asta atəşdə təxminən 1 saat bişirilir. 6. Tam soyuduqdan sonra açılır və ayranla birlikdə süfrəyə verilir. PS Sobada da bişirmək olar.Eksklüziv olaraq Ulusum.az-a Kəmalə Rəcəbova tərəfindən təqdim edilib.Nuş olsun!R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Uzman Dr. İftixar Qurbanovdan valideynlərə vacib xəbərdarlıq!

Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb VİDEO

Şorqoğal Resepti

Избранный
6
1
ulusum.az

2Источники