RU

"Azerbaijan Metal Company" şirkəti " Fonte GreenMet Investments Fund"un investisiya portfelinin mühüm hissəsinə çevriləcək

Bakı. Trend:

"Azerbaijan Metal Company" şirkəti "Fonte GreenMet InvestmentsFund”un investisiya portfelinin mühüm hissəsinə çevriləcək.

Trend xəbər verirki, bu barədə "Fonte GreenMet Investments Fund OEIC" şirkətinin başdirektoru Ercan Musin I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundaçıxışında məlumat verib.

“İlk növbədə dost və qardaş Azərbaycanla birgə investisiyalayihəsinin həyata keçirilməsindən dərin məmnunluğumu bildirməkistəyirəm. Qazaxıstanı Azərbaycanla dərin tarixi və mədəni əlaqələrbağlayır.

Əminəm ki, "Azerbaijan Metal Company" MMC "Daşkəsən Dəmir Filiz"MMC ilə tərəfdaşlıqda idarə olunacaq birgə müəssisə olaraq, “FonteGreenMet Investments Fund”un xarici investisiya layihələri arasındaxüsusi strateji yer tutacaq və bizim investisiya portfelimizinmühüm hissəsinə çevriləcək. Bu əməkdaşlıq yalnız iqtisadi baxımdandeyil, həm də elmi-texniki biliklərin mübadiləsi, müasirtexnologiyaların tətbiqi və birgə innovativ istehsalın təşkilibaxımından böyük perspektivlər açır. Layihənin gerçəkləşdirilməsiAzərbaycana yüksək keyfiyyətli metallurgiya məhsullarınınistehsalçısına çevrilməyə imkan verəcək ki, bu da öz növbəsindəbütün Cənubi Qafqaz regionunun sənaye xəritəsində yeni bir səhifəaçmış olacaq”,- deyə o bildirib.

Musin həmçinin qeyd edib ki, Azərbaycanın dayanıqlı iqtisadiislahatlara sadiqliyi, sabit investisiya mühiti, geostratejimövqeyi və zəngin resurs potensialı xarici investorlarlauzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün olduqcacəlbedici imkanlar yaradır.

Məqalədə:
Избранный
11
az.trend.az

1Источники