RU

Qubada bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Quba rayonunun Xucbala kəndində bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

***
15:52

Qubada bıçaqlanma hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.

Избранный
11
1
demokrat.az

6Источники