RU

"Qərbi Azərbaycan sənətkarlığı" Almaniyada tanıdıldı - ÖZƏL

Dünən Almaniyanın Nürnberq şəhərində yerləşən  Türk Tarixi və Mədəniyyətləri Muzeyində Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycan Sənətkarlığı" layihəsinin Almaniya mərhələsi uğurla başa çatdı. Azərbaycanın zəngin mədəni irsinin avropalılara tanıdılması məqsədilə 5 gün ərzində bu şəhərdə yerləşən Obyektiv Kültür Mərkəzində, Türk Tiyatrosunda, Mədinə dərnəyində müxtəlif tədbirlər keçirildi. Tədbirlər zamanı Azərbaycanın tanınmış tətbiqi sənət ustalararı Lalə, Toğrul, İsgəndər Sərdarlıların əsərləri yerli sənətsevərlərə nümayiş etdirildi. Burada əsasən onların hazırladığı mücrülər, digər dekorativ tətbiqi sənət nümunələri tanıdıldı.  Tədbirlər çərçivəsində " Türk Tiyatrosu"nun təşkilatçılığı ilə Azərbaycan Türk musiqi gecəsi də keçirildi. "Qərbi Azərbaycan sənətkarlığı" layihəsinin Almaniya mərhələsinə həsr edilmiş tədbirlərə sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də qatılmışdır. Tədbir iştirakçıları və ziyarətçilər Azərbaycanın zəngin mədəni irsini tərənnüm edən sənət nümunələrindən böyük zövq aldıqlarını bildirmiş, bu cür tədbirlərin daha geniş formatda, ənənəvi şəkildə keçirilməsini arzyladıqlarını söyləmişdirlər.

Almaniyada keçirilən bu silsilə tədbirlərin əsas təşkilatçılarından olan, Türk Tarixi və Mədəniyyətləri Muzeyinin qurucusu Cəmaləddin Özdəmir çıxışı zamanı bildirdi ki, bu cür layihələr Almaniya və Azərbaycan arasında mövcud olan mədəni əlaqələrin daha da dərinləşməsinə, inkişaf etdirilməsinə böyük töhvələr verə bilər. Bu gün burada Azərbaycanın qədim el sənəti ənənələrinin təbliğinin davamı olaraq  Bakıda da Alman xalqının sənət irsi nümunələrinin Sərdarlı ailəsinin yaradıcılığında tərənnüm edilməsi çox təqdirə layiq olar. Belə formatın yaradılması əminik ki, çox faydalı olacaqdır.

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə həyata keçirilməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
2
olaylar.az

3Источники