RU

Rusiyada "Baharın 17 anı" filmində istifadə olunmuş 87 illik "Mercedes" satışa çıxarıldı - FOTO

Rusiyada "Baharın 17 anı" filminin personajı, casus Maks Otto fon Ştirlitsə aid 87 illik avtomobil satışa çıxarılıb.

Avtosfer.az xəbər verir ki, məlumatı rg.ru yayıb.

Satışa çıxarılan avtomobil "Mercedes-Benz 320" modelidir və təqdimatı 1937-ci ildə baş tutub. Altısilindrli avtomobil təxminən 1.5 ton ağırlığa malikdir və 78 at gücü hasil edən 3.2 litrlik M142 mühərrik ilə təchiz edilib. O, dördpilləli mexaniki transmissiyaya və arxa təkərlərə sahibdir.

Filmin çəkilişləri zamanı - Moskva, Riqa, Gürcüstan və Berlin şəhərlərində - üç alman limuzinindən istifadə olunub. Satışa çıxarılan avtomobil onlardan biridir.

Avtomobilin qiyməti 25 milyon rubl (təxminən 508 350 manat) məbləğində təyin olunub.

Избранный
9
2
avtosfer.az

10Источники