RU

Tramp çıxışında 10 dəfə təkrar etdi: Bu, dərmandan istifadə etməyin!

ain.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp parasetamol tərkibli dərmanların istifadəsinə qarşı çıxaraq, onların autizmlə əlaqəli ola biləcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, xüsusilə hamilə qadınları bu dərmandan uzaq durmağa çağırıb.

Mətbuat konfransı zamanı Tramp “Bu dərmandan istifadə etməyin, uşaqlara verməyin” ifadəsini dəfələrlə təkrarlayaraq, parasetamolu ABŞ-da artan autizm hallarının mümkün səbəbi kimi göstərib. O, əlavə edib ki, bu dərman yalnız yüksək hərarət zamanı və həkim nəzarəti altında qəbul edilməlidir.

Rəsmi məlumatlara görə, ABŞ-da hər 31 uşaqdan birinə autizm spektri pozuntusu (ASD) diaqnozu qoyulur. Bu, əvvəlki illərlə müqayisədə artım deməkdir. Tramp bu statistikanı öz mövqeyini əsaslandırmaq üçün istifadə edib.

Tramp həmçinin Kubada bu dərmanın əlçatan olmaması ilə autizm hallarının azlığını müqayisə edərək, bunun “çox şeyi izah etdiyini” deyib. Eyni zamanda, heç bir sübut təqdim etmədən, ABŞ Cərrah Generalı Robert Kennedi ilə birlikdə peyvəndləri də mümkün səbəblərdən biri kimi göstərib.

Trampın çıxışına Amerika Mamalıqlar və Ginekoloqlar Kolleci sərt reaksiya verib. Qurumun yaydığı bəyanatda parasetamolun təhlükəsiz olduğu, hamiləlik dövründə müalicə olunmayan xəstəliklərin isə “istənilən nəzəri riskdən daha ciddi təhlükə yaratdığı” vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
icma.az

2Источники