RU

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34 cü Ali səviyyəli toplantısı Nyu Yorkda işə başlayır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 34-cü Ali Səviyyəli Toplantısını təşkil edəcək.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, toplantı ABŞ-ın Nyu-York şəhərində sentyabrın 23-26-da baş tutacaq.

“Multilateralizm dönüm nöqtəsində: Çağırışlar və sülhə aparan yollar” başlığı ilə keçiriləcək toplantıda bir çox cari və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə edəcəklər.

Bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük tədbir hesab olunur və 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki baş nazirin iştirakı ilə keçiriləcək.

Toplantının işində Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və İsmail Səragəldin, Albaniya, Bosniya və Herseqovina, Monteneqro prezidentləri, Bolqarıstan və Andorranın Baş nazirləri, Sloveniyanın xarici işlər naziri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi, Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), UN-Habitat, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) icraçı direktorları, o cümlədən 30-dan çox ölkənin sabiq ölkə və hökumət rəhbərləri, xarici işlər nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, toplantı proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzular arasında, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
4
azertag.az

5Источники