RU

Şərhçi: İnvestisiya üçün ən uğurlu sahələrdən biri məhz futbol sektorudur

Razmiz Mirzəzadə: Qurbanovun çıxışı Azərbaycan futbolunda yeni bir inkişaf mərhələsinin başlanğıcı ola bilər

Azərbaycanın inkişafı üçün çox böyük biznes sahələri qurulur və futbol da həmin sahələrdən biri ola bilər və çox da maraqlı, faydalı ola bilər.
Bu barədə “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.
Baş məşqçi bildirib ki, digər sahələrə investisiya qoyulursa, elə futbola investisiya qoymaq maraqlı olar:
“Bizim bacarıqlı, qabiliyyətli, heç nədən üzə çıxan futbolçularımız var. Çünki Azərbaycan elə bir bölgədir ki, istənilən idman növündə - istər güləş, istər boks, istərsə də cüdo olsun, o cümlədən futbolda ixtisaslı idmançlarımız çıxar. Ona görə də, məncə, bu sahəyə investisiya qoysaq, yanılmaraq. Bu, çox perspektivli bir işdir”.

Futbol şərhçisi Ramiz Mirzəzadə Sherg.az-a deyib ki, Qurban Qurbanovun Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı və səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir:

"Çünki ölkəmizdə futbol infrastrukturunun, ümumilikdə isə təsərrüfatının inkişafı üçün bu sahəyə ciddi investisiyaların qoyulmasına ehtiyac var. Ümumiyyətlə, dünyada bilirik ki, klubların formalaşması və bir markaya çevrilməsi məhz davamlı investisiyalar hesabına mümkün olur. Həmçinin zamanla bu, itməyən kapitala çevrilir. Ölkəmizdə bu baxımdan ən bariz nümunə “Qarabağ” klubudur. Onlar illər əvvəl bu istiqamətdə planlı şəkildə çalışıblar və hər dəfə peşəkarlıq naminə atılan addımlar daha böyük effekt verib. Azərbaycanda investisiya qoyulması üçün ən uğurlu sahələrdən biri məhz futbol sektorudur. Qurban Qurbanovun çıxışı da ümid edirəm ki, həm yerli, həm də gələcəkdə xarici investorların Azərbaycan futboluna marağını artıracaq, onların bu sahəyə sərmayə qoymasına stimul verəcək. Çox önəmli, vacib bir çıxışdır və Azərbaycan futbolunda yeni bir inkişaf mərhələsinin başlanğıcı ola bilər".
Избранный
14
sherg.az

1Источники