RU

İzləyicilərdən “Uzak şehir”ə etiraz

Türkiyəda maraqla izlənən “Uzak şehir” serialının ötən axşam yayımlanan yeni bölüm anonsu müzakirələrə səbəb olub.

Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, anonsda serialın ilk bölümündən bəri ölmüş kimi qələmə verilən Boran obrazının sağ olduğu üzə çıxıb. 

Qeyd edək ki, Boran serialda baş qəhrəman Cihan Alboranın böyük qardaşıdır. Cihan Boranın vəsiyyəti ilə onun həyat yoldaşı Alya Albora ilə evlənib. Cihanla Alyanın bir-birinə eşq etirafından sonra Boranın sağ olmasının üzə çıxması isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Əksəriyyət ssenari müəllifini tənqid atəşinə tutub. Artıq serialı izləməyəcəklərini bildirən bəzi tamaşaçılar, bunun növbəti həftələrdə reytinqlərə ciddi təsir edəcəyini vurğulayıblar.

Xatırladaq ki, I mövsümdə izlənmə rekordu qıran layihədə Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun, Müfit Kayacan kimi məşhur aktyorlar rol alır.

 

Избранный
19
5
gundem.az

6Источники