RU

"Səhiyyənin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır" - Nazir

Azərbaycanda səhiyyə sahəsində islahatlar apararaq milli standartlardan beynəlxalq standartlara keçməyə çalışırıq. Səhiyyənin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük irəliləyişə nail olunub. SİA xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycanın qlobal tibbi mükəmməlliyi” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan təbabətin müxtəlif sahələrində xəstələr üçün bütün mümkün imkanların yaradılması istiqamətində addımlar atır.

“Burada infrastruktur və qlobal inteqrasiya da dayanıqlılıq üçün önəmlidir. Beynəlxalq standartların qorunmasına gəlincə, burada qaydalara riayət etməliyik. Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır. Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınması məqəsədəuyğun hesab edilir. Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir”, - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, “Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək: “Bu yalnız səhiyyə layihəsi deyil. Eyni zamanda, bu, sahənin inkişafının əsas sütununa çevriləcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir. Layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq”.

Избранный
39
5
sia.az

6Источники