RU

"Brutto müqavilə" modelinin tətbiqi ictimai nəqliyyat üçün tarixi dönüş nöqtəsidir - Ekspert

Bakı. Trend:

İctimai nəqliyyatda yeni tətbiq olunacaq "brutto müqavilə"modeli sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarətediləcəyi, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə vəya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcəyi AzərbaycanDövlət Nəqliyyat Agentliyi rəsmisinin etdiyi açıqlamada qeydedilib.

Bununla sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təminolunacaqmı?

Dəyişikliklərin əsas hədəfi ictimai nəqliyyatın inkişafıdır.Ötən dövrdə 10 qəpiklik gedişhaqqı artımı baş verib və bu halsahibkarların qısa müddətdə ölkəyə xaricdən yeni avtobuslar alıbgətirməsinə səbəb olub. Ümid edirik ki, “brutto” müqaviləsindənmüəyyən dəstək ortaya çıxacaq və ictimai nəqliyyatda xidmət daha dayaxşılaşdırılacaq.

Bu fikirləri Trend-ə açıqlamasında nəqliyyat eksperti ElməddinMuradlı bildirib.

“Əsas hədəf də məhz bunlardır. İctimai nəqliyyat hazırda biznessahəsi kimi özünü doğrultmur, dövlət dəstəyi hansısa formadagöstərilməlidir”.

Ekpsert əlavə edib ki, yollarda sıxlıq halının qarşısınınalınması ictimai nəqliyyatın inkişafıyla birbaşa əlaqəlidir:

“Yanvar ayından tətbiq olunacaq “brutto” müqaviləsi düşünürəmki, ictimai nəqliyyat sahəsində təkan olacaq”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, “brutto” müqaviləümumilikdə ictimai nəqliyyatda daşıyıcıların dayanıqlı fəaliyyətinitəmin edəcək və şəhər daxilində keyfiyyətli nəqliyyat xidmətlərinəyol açacaq.

“Bu günə qədər sərnişin ödənişi üzərində qurulmuş sistem həmdayanıqsız idi, həm də bir çox problemlərlə müşayiət olunurdu -xidmət keyfiyyəti aşağı, qrafiklər pozulur, xüsusilə də axşamsaatlarında avtobus tapmaq çətin idi”.

Ekspert vurğulayıb ki, “brutto” müqavilədə əsas dəyişiklərdənbiri odur ki, daşıyıcılara dövlət tərəfindən hər kilometrə görəsubsidiya veriləcək.

“Bu da onların maddi dayanıqlığını artırmaqla yanaşı, xidmətkeyfiyyətinə və qrafiklərə daha ciddi yanaşmalarını tələb edəcək.Dəstək əsasən ekoloji baxımdan üstün olan nəqliyyat vasitələrinə -elektriklə və sıxılmış təbii qazla (CNG) işləyən avtobuslarayönələcək”,-R.Ağamirzəyev əlavə edib.

R.Ağamirzəyev qeyd edib ki, bu sistem artıq bir çox ölkələrdəuğurla tətbiq olunur. İlk dəfə 1986-cı ildə Londonda tətbiq edilibvə bu il artıq 40 il tamam olur:

Hazırda Moskva, Tiflis kimi şəhərlərdə də tətbiq edilir.Tiflisdə bu sistem 2020-ci ildən keçid alıb. Azərbaycanda isə bu,ictimai nəqliyyat üçün tarixi bir dönüş nöqtəsidir.

Nəqliyyat ekdperti vurğulayıb ki, sistem təkcə Bakıda deyil,Sumqayıt, Abşeron, Gəncə və işğaldan azad olunmuş şəhərlərdə –Xankəndi, Ağdam, Şuşa, Laçın və sair ərazilərdə də tətbiq olunacaq.Növbəti illərdə isə ölkə üzrə yayılması planlaşdırılır.

Избранный
7
1
az.trend.az

2Источники