RU

Rusiya gəmisi Bakı limanında – Fotolar


Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (RFFTX) Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, səfər DSX ilə RFFTX-nin Sərhəd Xidməti arasında Tədbirlər Planına uyğun olaraq Azərbaycan və Rusiya sərhəd xidmətlərinin sahil mühafizə qurumlarının sərhəd gözətçi gəmilərinin qarşılıqlı ziyarət tədbiri çərçivəsində baş tutub.
“Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.
Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.
Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcək”, - məlumatda deyilir.




Избранный
36
33
yeniavaz.com

10Источники