RU

Şahin Diniyev “Kəpəz”ə qayıdır?

Dünən Adil Şükürovla yollarını ayıran “Kəpəz” baş məşqçi postuna Şahin Diniyevi gətirməyi planlaşdırır.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi 59 yaşlı mütəxəssislə əlaqəyə çıxıb.

Diniyev saytımıza açıqlamasında suala cavab vermək istəməsə də, xəbəri təkzib etməyib: “Əvvəlcədən nə isə deməyim düzgün olmaz. Real olmayan şeylər haqqında fikir bildirməyi sevmirəm. Belə bir məsələ var, ya yox – bunu gələcəkdə biləcəksiz. Əsas olan bu gündür. Nəsə olsa, açıqlanacaq”.

Qeyd edək ki, 2015-17-ci illərdə Gəncə təmsilçisinə rəhbərlik edən Şahin Diniyev ötən ilin noyabrında “Səbail”dən ayrılandan bəri işsizdir.

İdman.biz

Избранный
18
1
idman.biz

2Источники