RU

Adnan Əhmədovun Bakıdakı əmlaklarına və bank hesablarına həbs qoyuldu - ÖZƏL

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən  iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

 

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, iş adamına məxsus "Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda "Seabreeze” də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.

Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

 

 
 

Избранный
8
31
7news.az

10Источники