RU

Cəbrayıl sakinləri üçün Səyyar ASAN xidmət təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Cəbrayıl rayonunda Səyyar ASAN xidmət təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, sentyabrın 26-dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.

Qeyd edək ki, bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində də vətəndaşlar səyyar xidmətlərdən yararlanıb.

Избранный
7
12
metbuat.az

10Источники