RU

ABŞ Leonid Slutskiyə yenə viza verməyib

ABŞ Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri və Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutskiyə viza verməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Slutski ABŞ-da BMT Baş Assambleyasında iştirak etmək üçün viza almayan Rusiya nümayəndə heyətinin yeganə üzvü olub.

"Mən xarici işlər nazirinin başçılıq etdiyi beş nəfərlik nümayəndə heyətinin yeganə üzvüyəm, hansı ki, üçüncü ildir ki, ABŞ mənə viza vermir", - Slutski bildirib.

Deputat vurğulayıb ki, Co Bayden artıq ölkəyə rəhbərlik etməməsinə baxmayaraq, ABŞ Dövlət Departamenti “eyni əsasda hərəkət edir”.

Qeyd edək ki, BMT Baş Assambleyasının yubiley sessiyası sentyabrın 9-da açılıb. Yüksək səviyyəli həftə sentyabrın 23-dən 29-a kimi davam edəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov və Slutski ilə yanaşı, Rusiya nümayəndə heyətinib tərkibinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenziya daxildir.

Избранный
21
5
apa.az

6Источники