RU

Tramp: Asetaminofen hamiləlikdə autizm riskini artırır

Tramp: Asetaminofen hamiləlikdə autizm riskini artırır

ABŞ Prezidenti Donald Tramp Tylenol adlı dərmanın aktiv maddəsi olan asetaminofenin hamiləlik dövründə istifadəsinin uşaqlarda autizm riskini böyük ölçüdə artırdığını iddia edib.

Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ-da artan autizm göstəricilərinə diqqət çəkərək bu məsələ ilə bağlı tədqiqatların vacibliyini vurğulayıb.

“Bizim uşaqlarımızın sağlamlığı hər şeydən önəmlidir. Əgər müəyyən dərmanların istifadəsi autizm riskini artırırsa, bu, ciddi şəkildə araşdırılmalıdır” – deyə Trump bildirdi.

Onun sözlərinə görə, hazırda bir çox universitet və tibbi mərkəzlər bu mövzu ilə bağlı elmi işlər aparır. Tramp, nəticələr əldə olunana qədər hamilə qadınlara ehtiyatlı olmağı tövsiyə edib.

Ekspertlər isə qeyd edir ki, bu iddia hələlik elmi cəhətdən tam sübut olunmayıb və asetaminofenin təhlükəsizliyi ilə bağlı uzunmüddətli araşdırmalara ehtiyac var.

Избранный
11
afn.az

1Источники