RU

Mərhum meyxanaçının anası vəfat etdi

Meyxanaçı Xəyyam Əhmədlinin anası vəfat edib.

Bu haqda “Rəngarəng” verilişinin canlı efirində aparıcı Zaur Nəbioğlu məlumat verib.

O bildirib ki, mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, Xəyyam Əhmədli meyxana sənətində özünəməxsus ifa tərzi ilə tanınıb. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan Ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.

Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli 2024-cü ilin dekabrında vəfat edib.

 

(Musavat.com)

Избранный
18
5
moderator.az

6Источники