RU

Azərbaycan və Türkiyənin təhsil nazirləri Qarabağda şagirdlərlə görüşüblər  

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhəri 1 nömrəli, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhəri 1 nömrəli tam orta məktəbləri ziyarət edərək, bu təhsil ocaqlarında yaradılmış müasir tədris mühiti ilə yaxından tanış olub.

Yusuf Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir hissəsi kimi müasir təhsil infrastrukturunun qısa müddətdə təkmilləşdirilməsini yüksək qiymətləndirib. O, Şuşa, Füzuli və Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara yiyələnməsinə xidmət etdiyini vurğulayıb.

Избранный
8
23
azerbaijan-news.az

10Источники