RU

Yağmur Azərbaycanın “Uşaq Avroviziya 2025” təmsilçisi seçild

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycanı Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində 12 yaşlı istedadlı ifaçı Yağmur təmsil edəcək.

AZXEBER.COM xəbər verir ki, məlumat Avroviziya yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu gün keçirilən mətbuat konfransında açıqlanıb.

Avroviziyada ölkəmizi təmsil edən nümayəndə heyətinin bildirdiyinə görə, iki mərhələli seçim prosesinin nəticəsinə əsasən Yağmurun təmsilçi olması qərara alınıb. İlkin mərhələdə 60-dan çox müraciət arasından 15 iştirakçı seçilərək canlı dinləmə turuna dəvət olunub. Bu mərhələdə iştirakçıların çıxışları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflərin qərarına əsasən, Yağmur yekun nəticədə böyük üstünlüklə qalib gəlib. Üç münsif onun ifasını birinci yerə, biri ikinci yerə, digəri isə ilk beşliyə layiq görüb. Münsiflər heyəti ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarətdir:

Siyavuş Kərimi – Xalq artisti, bəstəkar

Gövhər Həsənzadə – Əməkdar artist, bəstəkar

Vüqar Camalzadə – Əməkdar artist, bəstəkar

Samirə Əfəndi – müğənni, Azərbaycanın "Avroviziya 2020–2021” təmsilçisi

Yaşar Baxış – bəstəkar və aranjemançı

Cavid İmamverdiyev – baş rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycanı təmsil edəcək Yağmur 27 iyul 2013-cü ildə anadan olub. O, 8 yaşından musiqi ilə məşğuldur və hazırda 5 nömrəli Uşaq İncəsənət Məktəbinin 3-cü sinfində təhsil alır. Estrada, pop və klassik janrlara xüsusi maraq göstərən Yağmurun sevimli sənətçiləri arasında Michael Jackson, Billie Eilish, Jennie (Blackpink), Aygün Kazımova və Aybəniz Haşımova var.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
azxeber.com

1Источники