RU

Ölkə üzrə pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Operativ Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Избранный
6
11
operativmedia.az

10Источники