RU

İndoneziyanın paytaxtının köçürüləcəyi tarix məlum oldu

ain.az bildirir, Oxu.az portalına istinadən.

İndoneziya hakimiyyəti paytaxtın Cakartadan Nusantaraya köçürülməsi prosesini 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Oxu.Az "Jakarta Globe" qəzetinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Məhəmməd Kodari bildirib.

O qeyd edib ki, İndoneziya Prezidenti Prabovo Subiantonun göstərişinə uyğun olaraq, bütün zəruri dövlət binalarının tikintisi 2028-ci ilə qədər başa çatdırılacaq.

Xatırladaq ki, 2014-2024-cü illərdə İndoneziya prezidenti olan Coko Vidodo 2019-cu ildə İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi ideyasını irəli sürmüşdü. Meqapolisin əvvəlcə 2024-cü ilə qədər Kalimantan adasında salınacağı plamlaşdırılırdı. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılsa da, koronavirus pandemiyası səbəbindən layihənin icrası dayandırılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
oxu.az

3Источники