RU

Trampın helikopterinə lazer tutmuşdu: Aqibəti bəlli oldu

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

 Amerika Birləşmiş Ştatlarında (ABŞ) Prezident Donald Trampın olduğu helikopterə lazer işığı tutan şəxs polis tərəfindən saxlanılıb. 

"Cebheinfo.az"-ın “The Hill” xəbər portalına istinadən məlumatına görə, Gizli Xidmət əməkdaşı Dieqo Santyaqo verdiyi andlı ifadəsində bildirib ki, 20 sentyabr tarixində “Marine One” helikopteri havada olarkən Vaşinqtonda, Ağ Ev ətrafında patrul xidməti aparırmış və bu zaman Jacob Samuel Vinkler adlı bir şəxsin diqqətini çəkdiyini qeyd edib. 

Santyaqo Vinklerin səki kənarında öz-özünə danışdığını görüb və onu daha yaxşı görmək üçün fənərdən istifadə edib. Ardınca həmin şəxsin əvvəlcə ona, sonra isə Marine One helikopterinə lazer işığı tutduğunu bildirib. Hadisə zamanı Trampın helikopterdə olduğunu və lazer işığının pilotu çaşdıra biləcəyini, bunun da havada toqquşmaya səbəb ola biləcəyini vurğulayan Santyaqo Vinklerin dərhal saxlanıldığını açıqlayıb. 

Santyaqo ifadəsində Vinklerin saxlanılarkən “Donald Trampdan üzr istəməliyəm” sözlərini bir neçə dəfə təkrarladığını və “Dur” nişanı da daxil olmaqla bir çox obyektə lazer işığı tutduğunu etiraf etdiyini bildirib.  Gizli Xidmətin sözçüsü Vinklerə “hava nəqliyyat vasitəsinə lazer işığı tutmaq” ittihamı irəli sürüldüyünü və bu hərəkətə görə 5 ilə qədər həbs cəzası ala biləcəyini açıqlayıb. Vaşinqton bölgə prokuroru Janin Pirro “Associated Press”-ə verdiyi açıqlamada deyib: 

“Bu davranış “Marine One” və içindəki hər kəsi təhlükəyə atır. Belə bir hərəkət etsəniz, aşkarlanar və qanunlara əsasən ən ağır şəkildə cəzalandırılarsınız”. Federal Aviasiya Administrasiyasına (FAA) görə, lazer işığı tutmaq pilotları çaşdıra biləcəyi üçün hava nəqliyyatı üçün “ciddi təhlükəsizlik təhdidi” hesab olunur. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
cebheinfo.az

2Источники