RU

Belarusda Milli Qəhrəmanımızın məzarını ziyarət etdi - FOTOLAR

Belarusda səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı, mayor Davidoviç Anatoliy Nikolayeviçin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. 

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, K.Vəliyev Milli Qəhrəmanın anası Kima Davidoviçin evində olub, onun qayğıları ilə yaxından maraqlanıb.

Mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu qeyd edilib.

"Cebheinfo.az" 

Избранный
13
30
cebheinfo.az

10Источники