RU

Azərbaycanın Uşaq Avroviziya-2025-də təmsilçisinin adı açıqlandı

BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycanın bu il dekabrın 13-də Tbilisidə keçiriləcək Uşaq Avroviziya-2025 mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Bununla bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.

Onun sözlərinə görə, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

O bildirib ki, seçim üçün ümumilikdə 60-dan çox müraciət olub:

"Ən yaxşı 15 nəfər növbəti mərhələyə buraxılıb və onlardan biri də qalib olub".

Müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, aranjimançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev olub.

Избранный
22
12
teleqraf.com

10Источники