RU

Qurban Qurbanov: Hər bir uğurun açarı stabillikdir

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov uğurun əsas amilinin stabillik olduğunu bildirib.

“Stabillik olmasa, uğur da olmaz. Mən elə bir ailədə böyümüşəm ki, sadəlik və düzgünlük öyrədilib. Bu yanaşma peşə fəaliyyətimə də təsir göstərib”, – deyə Qurbanov bir tədbir zamanı qeyd edib.

Məşqçi, həmçinin, ölkənin inkişafı ilə bağlı dostlarından – xüsusilə iqtisadiyyat naziri Mikayıl Cabbarovdan mütəmadi məlumatlar aldığını bildirib: “Azərbaycanın hər sahədə inkişaf etdiyini görürəm. Ölkəni tanıtmaqdan söhbət gedirsə, bunu sevə-sevə etməliyəm”, - o bildirib. 

Qurbanov bəzi futbolçuların məşqlərin intensivliyindən narazı olduqlarını da etiraf edib.

“Futbolçuları çox çalışdırıram. Bəziləri bundan narahat olur, lakin onların hisslərini başa düşürəm. Məncə, idmanda uğur üçün az yaşlardan təcrübə vacibdir. Digər sahələrdə bu o qədər də zəruri deyil”, –  o əlavə edib.

Aytac Zeynalova 

Избранный
10
anews.az

1Источники