RU

Souza: “Fələstin dövlətinin tanınması...”

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza bildirib ki, Fələstin dövlətinin rəsmi şəkildə və bütün hüquqları ilə tanınması Yaxın Şərqdə davamlı sülhün yeganə yoludur.

"Cebheinfo.az" xəbər verir ki, Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində keçirilən “Fələstin Probleminə Həll Tapılması və İki Dövlətli Həllin Reallaşdırılması” mövzusunda Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxış edən Rebelo de Souza vurğulayıb ki, “Portuqaliya olaraq sülh, ədalət və sabitlik üçün Fələstin dövlətinin tanınmasını və iki dövlətli həlli dəstəkləyirik”.

“Portuqaliya Fələstin dövlətini rəsmi şəkildə və bütün hüquqları ilə tanıyır. Bu qərar Yaxın Şərqdə davamlı sülhün yeganə yoludur. Portuqaliyanın mesajı aydındır. Fələstin dövlətinin tanınması, sülhün özünün tanınması deməkdir. Sabah artıq gec ola bilər.  Portuqaliya olaraq hər zaman və açıq şəkildə BMT-nin qərarı ilə iki dövlətli həlli dəstəkləmişik. Fələstin və İsrail yalnız dialoq və əməkdaşlıq yolu ilə iki dövlətli həllə nail olaraq davamlı sülhə çata bilərlər. Portuqaliya da bu yolda fəal şəkildə çalışmağa hazırdır”, - deyə Souza əlavə edib.

“Bu gün, 21 sentyabr 2025-ci il tarixində Portuqaliya Fələstin dövlətini rəsmi şəkildə tanıyır. Burada elan edilən tanınma bəyanatı birbaşa Nazirlər Kabinetinin qərarı ilə qəbul olunub və Prezidentlə parlamentdə təmsil olunan siyasi partiyaların dəstəyinə malikdir”, - deyə Portuqaliyanın xarici işlər naziri Paulo Rangel bəyan edib.

Избранный
9
cebheinfo.az

1Источники