"Qəbələ Yazarlarına Dəstək" ictimai birliyi "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsinin növbəti 9 -cu təlimini keçirmişdir.
"Cebheinfo.az" xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qəbələ Yazarlarına Dəstək" ictimai birliyi Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gələn "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsi üzrə növbəti təlimini keçirmişdir. Agentliyin maddi dəstəyi ilə 19.09.2025-ci il tarixdə verilən əlavə vaxtda keçirilən 9-cu təlimdə 25 nəfər gənc iştirak etmişdir.
Təlimçi təlimin mövzusunu 1.Ədəbi növlər: Epik, lirik, drammatik növlər.
2.Təcnis, hekayə, povest, roman, oçerk, xatirə mövzusunda təlimə başlayaraq mövzu ətrafında geniş məlumat vermişdir. Təlimçi hər bir janr haqqında ayrıca danışaraq Epik, lirik, drammatik növlər və onların xüsusiyyətləri barədə gəncləri bilgiləndirmişdir. Keçirilən təlim zamanı yaradıcı gənclərin bu sahədəki biliklərinin artırılmasına yardımçı olmaq üçün onların suallarını cavablandırmış, yaradıcılıq yolunda uğurlar arzulamişdir.
Təlimçi Fəxrəddin Babayev gənclərə ədəbiyyat sahəsində tanınmış yazarların əsərlərindən nümunələr gətirmiş, hər bir janr barədə geniş məlumat vermişdir. Tədbirin sonunda iştirakçılardan Çinarə Canqudova və Aqşin Mevlamov öz yaradıcılıqlarından söz açaraq suallar vermişlər.
Tədbirin sonunda iştirakçılara cay, kofe stolu təklif edilmişdir.
"Cebheinfo.az"