EN

QHT "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsinin 9 -cu təlimini keçirib - FOTOLAR

"Qəbələ Yazarlarına Dəstək" ictimai birliyi "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsinin növbəti 9 -cu təlimini keçirmişdir.

"Cebheinfo.az" xəbər verir ki, Qəbələ  Dövlət Peşə Təhsil Mərkəzində "Qəbələ Yazarlarına Dəstək" ictimai birliyi Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  2025-ci il qrant  müsabiqəsində qalib gələn "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsi üzrə növbəti təlimini keçirmişdir. Agentliyin maddi dəstəyi ilə 19.09.2025-ci il tarixdə verilən əlavə  vaxtda keçirilən 9-cu təlimdə 25 nəfər gənc  iştirak etmişdir.

 Təlimçi təlimin mövzusunu  1.Ədəbi növlər: Epik,  lirik, drammatik növlər.

2.Təcnis, hekayə, povest, roman, oçerk, xatirə mövzusunda təlimə başlayaraq mövzu ətrafında geniş  məlumat vermişdir. Təlimçi hər bir janr haqqında ayrıca  danışaraq  Epik,  lirik, drammatik növlər və onların xüsusiyyətləri  barədə gəncləri bilgiləndirmişdir. Keçirilən təlim zamanı yaradıcı gənclərin bu sahədəki biliklərinin artırılmasına yardımçı olmaq üçün onların suallarını cavablandırmış, yaradıcılıq yolunda uğurlar arzulamişdir.

Təlimçi Fəxrəddin Babayev gənclərə  ədəbiyyat sahəsində tanınmış yazarların əsərlərindən nümunələr gətirmiş,  hər bir janr barədə geniş məlumat vermişdir. Tədbirin sonunda iştirakçılardan Çinarə Canqudova və Aqşin Mevlamov öz yaradıcılıqlarından söz açaraq suallar vermişlər.

Tədbirin sonunda iştirakçılara cay, kofe stolu təklif  edilmişdir.

"Cebheinfo.az"

Chosen
12
1
cebheinfo.az

2Sources