RU

Qurban Qurbanov: "Bizim etdiyimiz xırda uğurdur"

style='margin-bottom:10px;'>

"Stabillik olmasa idi, nə "Qarabağ", nə də Qurban Qurbanov olacaqdı".

QOL.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Qarabağ" futbol klubun baş məşqçisi Qurban Qurbanov deyib.

“Bu gün Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, məsuliyyət daha da artır. Həmişə azərbaycanlı olaraq düşünmüşəm ki, biz ölkəmizi tanıdırıq və bu, mənim borcumdur. Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün şəhidlər verdik. Bizim etdiyimiz isə xırda bır uğurdur. Bunu da öz futbolçularıma həmişə bildirirəm. Azərbaycanın tanınması üçün stabillik lazımdır, həmçinin futbolda. Gələcəkdə daha da yaxşı uğurlar qazanmaq üçün çalışırıq”, - Qurban Qurbanov qeyd edib.

Onun sözlərinə görə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq, uğurlu olmaq üçün isə çox çalışmaq lazımdır: "Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım. "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir. 2009-cu ildə Avqoliqada qələbə qazandığımız gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi”.

Избранный
9
8
teleqraf.com

9Источники