RU

Son 15 ildə "Carlsberg" Azərbaycana 101 milyon dollar investisiya qoyub

Bakı. Trend:

Son on beş ildə "Carlsberg" Azərbaycanda istehsalavadanlıqlarına, təchizat zəncirinə və ümumilikdə pivə bazarına 101milyon dollardan çox investisiya qoyub.

Trend xəbərverir ki, bunu "Carlsberg Azərbaycan"nın Baş icraçı direktoru AliusAntulis bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalqİnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, bu investisiya nəticəsində pivə zavodunda250-dən çox birbaşa iş yeri yaranıb və əlaqədar sənaye sahələrində3000-dən çox insan çalışır: "Bizim əsas diqqətimiz həmişə arpa vəmaltın yerli istehsalına yönəlib. 2021-ci ilə qədər Azərbaycantamamilə arpa idxalçısından yerli yüksək keyfiyyətli xammalistehsalçısına çevrildi. 2021-ci ildə "Carlsberg" İqtisadiyyatNazirliyi ilə Anlaşma Memorandumu imzalayaraq istehsal və sənayeinkişafına, o cümlədən ESG (Ətraf Mühit, Sosial və İdarəetmə)proqramına investisiya qoymağı öhdəsinə götürdü.
Bu razılaşma çərçivəsində "Carlsberg" 25 milyon manatlıqinvestisiya qoymağı vəd etmişdi və biz bu vədin 2024-cü ildə bir iləvvəl reallaşdığını deməkdən qürur duyuruq.

"2025–2029-cu illəri əhatə edən yeni memorandum isə əlavə olaraq30 milyon manatlıq investisiyanı nəzərdə tutur. Bu çərçivədə yerliarpa və malt istehsalının dəstəklənməsi əsas məqsədlərdən biridir",- deyə şirkət rəsmisi qeyd edib.

Избранный
12
az.trend.az

1Источники