RU

"Qarabağ"ın baş məşqçisi: "Futbol investisiya qoyulması üçün əlverişli sahədir"

"Futbol investisiya qoyulması üçün əlverişli sahədir".

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov sentyabrın 23-də Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda sabitlik olmasaydı, nə "Qarabağ", nə də Qurban Qurbanov olacaqdı: "Bu gün Avropa Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, məsuliyyət daha da artır. Mən hər zaman azərbaycanlı olaraq ölkəmizi tanıtdığımızı və bunun borcum olduğunu düşünmüşəm. Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün şəhidlər verdik. Bizim etdiyimiz isə xırda uğurdur. Bunu da öz futbolçularıma həmişə bildirirəm".

Qurbanov bildirib ki, Azərbaycanın tanınması üçün sabitlik futbolda da lazımdır: "Gələcəkdə daha da yaxşı uğurlar qazanmaq üçün çalışırıq. Futbol investisiya qoyulması üçün əlverişli sahədir".

İdman.biz

Избранный
17
1
idman.biz

2Источники