Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
Daha bir bankda tariflərlə bağlı dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, Yelo Bank terminalları və onlayn sayt istisna olmaqla 23 oktyabr 2025-ci il tarixindən etibarən fiziki və virtual kənar terminallardan kart hesablarına mədaxil üzrə tariflərdə dəyişiklik ediləcək.
Yeni tariflər aşağıdakı kimidir:
Yeni qaydalara əsasən, bir müştərinin aylıq mədaxili 2 000 AZN və ya ekvivalentinə qədər olduqda, gündəlik mədaxillərin 500 AZN-dək olan hissəsinə komissiya tətbiq olunmayacaq. Gündəlik 500 AZN-dən artıq mədaxillər üçün isə 1% komissiya ödəniləcək. Əgər bir müştərinin aylıq mədaxili 2 000 AZN-dən çox olarsa, bütün mədaxillər üzrə 1% komissiya hesablanacaq.
Qeyd edək ki, dəyişiklik yalnız gündəlik mədaxillərə aiddir. Aylıq limitlər dəyişməz qalır.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.